Elçin Behbudov Yasamal qəbiristanlığında dəfn olunacaq
14 noyabr 2015 11:02 (UTC +04:00)

Elçin Behbudov Yasamal qəbiristanlığında dəfn olunacaq

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovla vida mərasimi evində olacaq.

Hüquq müdafiəçisinin ailəsindən Lent.az-a verilən məlumata görə, onun cənazəsi bu gün götürüləcək.  Elçin Behbudov Yasamal qəbristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki,  tanınmış hüquq müdafiəçisi iki gün əvvəl səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən E. Behbudov gecə saat 01.00 radələrində dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163
avatar

Səlcuq Elçin

Oxşar yazılar