Əl yükündən 30 mobil telefon çıxdı
22 iyun 2016 14:25 (UTC +04:00)

Əl yükündən 30 mobil telefon çıxdı

 

 

Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən hərəkətləri şübhə doğurduğu üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, həmin vətəndaş baqajında bəyan ediləsi əşyaların olub-olmaması barədə sorğu-sual edilərkən çantasında 4 ədəd mobil telefonun olduğunu bildirib. Yoxlama zamanı vətəndaşın çantasının içərisindən şifahi şəkildə bəyan etdiyi 1 ədəd “Samsung Galaxy A3”, 1 ədəd “Samsung Galaxy J1”, 1 ədəd “Samsung Galaxy J1 mini” və 1ədəd “Samsung Galaxy S7 edge” markalı mobil telefonlar aşkar olunub.

 

Lakin vətəndaşa məxsus sellofan paketin yoxlanılması zamanı onun içərisində, gömrük nəzarətindən gizlədilmiş 26 ədəd “Samsung Galaxy J7” və 4 ədəd “Samsung Galaxy J2” markalı mobil telefonlar aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216
avatar

Səlcuq Elçin

Oxşar yazılar