
Sahibkar cərimələndi - SƏBƏB
0
0
Zəhərli maddələrin yandırılması və qalaqlanması faktı aşkar edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sentyabrın 19-da paytaxtın Qaradağ rayonu ərazisində reyd keçirib.
Reyd zamanı Puta qəsəbəsi ərazisində yerləşən “Karvan-L” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində təkrar emal və utilizasiya sexinə aid olan zəhərli maddələrin yandırılması və qalaqlanması faktı aşkar edilib.
Qeyd olunan sexin müdiri R.Süleymanov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
0
0
Oxşar yazılar

Xəzərdə İranlı sərhəd pozucuları tutuldu - VİDEO
4 sentyabr 2025 , 15:00
Boğazından bıçaqlanan prokuror qatilinə BÖYÜK YAXŞILIQ edibmiş - YENİLƏNİB
4 sentyabr 2025 , 14:33
İsmayıllıda "avtoşluq" edən sürücü həbs edildi
4 sentyabr 2025 , 14:11
Qazaxıstanlı nazirin saxlanılması təkzib edildi - YENİLƏNİB
4 sentyabr 2025 , 13:55
Yetim uşağa işgəncə verən xala həbs edildi
4 sentyabr 2025 , 11:45
İmişlidə tövlədə meyit tapıldı
4 sentyabr 2025 , 10:51
At çapan yeniyetmə faciəli şəkildə öldü
4 sentyabr 2025 , 10:07