Əfv sərəncamının icrasına başlanılıb
19 mart 2015 09:55 (UTC +04:00)

Əfv sərəncamının icrasına başlanılıb

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının icrasına başlanılıb.

 

Lent.az-ın məlumatına görə,  martın 18-də imzalanan sərəncam ümumilikdə 101 nəfərə şamil edilib.

 

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 90 nəfər cəzanın çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri, 7 nəfər isə cərimə cəzasından azad edilib.

 

Əfv olunanlar arasında Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru Bəşir Süleymanlı, ilahiyyatçı Anar Qasımlı, 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında “Hicaba azadlıq” adı ilə keçirilən aksiyada tutulan Ramil Vəliyev və “NİDA” Vətəndaş Hərəkatının üzvü Orxan Eyyubzadə də var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304
avatar

Oxşar yazılar