APA-nın məlumatına görə, əfv sərəncamı mayın 26-da Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanıb.
Sərəncam ümumilikdə 175 məhkuma şamil olunub.
Sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 157 şəxs cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər, islah işləri cəzasına məhkum edilmiş 1 nəfər cəzadan, 11 nəfər isə cərimə cəzasından azad edilib.
Əfv sərəncamı bəzi xarici ölkə vətəndaşlarına da şamil edilib.