Əfqanıstanda türkiyəli iş adamı qaçırılıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 41 yaşlı Sami Yavuz silahlı şəxslər tərəfindən oğurlanıb. Əfqan-Türk Sənayeçi və İş Adamları Dərnəyinin rəhbəri S. Yavuz 10 ildir, ailəsi ilə birlikdə Kabildə yaşayır.
İş adamının tapılıb, xilas edilməsi üçün əməliyyat başlanılıb.