Əflatun Amaşov: ” ...sənədləşmədən sonra köçə bilərlər ”
18 sentyabr 2013 11:49 (UTC +04:00)

Əflatun Amaşov: ” ...sənədləşmədən sonra köçə bilərlər ”

“Jurnalistlər onlar üçün tikilən mənzillərə sənədləşmə işləri bitdikdən sonra köçə bilərlər”.


 

APA-nın xəbərinə görə, bunu jurnalistlərə Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

 

Onun sözlərinə görə, sənədlərin hazırlanma prosesi bitənə qədər bu məsələ öz həllini tapmayacaq.

 

Diffamasiya qanunu barədə danışan MŞ sədri bildirib ki, Şura diffamasiya ilə bağlı qanun layihəsi hazırlayıb və ATƏT-in dəstəyi ilə layihə Avropanın bir sıra ekspertləri tərəfindən təkmilləşdirilib: “Hazırda parlamentin Venesiya komissiyasına təqdim etdiyi layihə Mətbuat Şurasının layihəsidir. Əminliklə deyə bilərəm ki, bu ilin sonuna kimi biz diffamasiya haqqında qanunumuza malik ola biləcəyik. Bu qanunda əsas məqam jurnalistin yazdığı yazıya görə həbs olunmamasıdır. Cinayət Məcəlləsinin 147, 148-ci maddələri jurnalistlərə şamil olunmayacaq".

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 683
avatar

Oxşar yazılar