Mayın 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəmkirin Heydər Əliyev Mərkəzində Gəncə şəhər, Şəmkir, Ağstafa, Gədəbəy, Qazax, Tovuz və Kəlbəcər rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Nazirlikdən Lent.az-a verilən məlumata görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, 147 nömrəli qaynar xətt vasitəsi ilə qəbula yazıla bilərlər.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlaya bilərlər.