Dünya mətbuatı: Hataydakı partlayışlarda 140 nəfər ölüb
13 may 2013 10:18 (UTC +04:00)

Dünya mətbuatı: Hataydakı partlayışlarda 140 nəfər ölüb

Rəsmi Ankara 46 nəfərin öldüyünü iddia etsə də, Hatay sakinləri ölənlərin sayının 176 olduğunu bildirir


 

Hatayın Reyhanlı qəsəbəsində baş verən terror aktlarında ölənlərin sayı ilə bağlı ziddiyyətli məlumatlar səslənməkdədir. APA-nın məlumatına görə, Türkiyənin rəsmi dairələri terror aktlarında 46 nəfərin öldüyü, 56 nəfərin yaralandığı barədə məlumat yaysa da, dünya mətbuatı AKP hökumətinin ictimai reaksiyanı zəiflətmək məqsədilə terror qurbanlarının sayını 3-4 dəfə az göstərdiyini yazır. “The Telegrafh” qəzeti hökumətin açıqladığı rəqəmin qeyri-ciddi olduğu qənaətindədir: “Türk hökuməti zarafata bənzər açıqlamalar yayaraq diqqəti yayındırmağa çalışır. Terror aktı nəticəsində 140-dan çox insan ölüb, çoxlu sayda yaralı var”. Fransanın “Le Monde” qəzeti də terror aktında ölənlərin sayının qəsdən azaldıldığını bildirir: “Türklərin bir atalar sözü var, qarğanı bəslə, böyüyüb gözünü çıxarsın. Türkiyənin dəstəklədiyi Suriyanın ekstremist dini müxalif qruplaşmaları Türkiyəni qana buladı, 120-dən çox ölən var”.

“The Sun” isə hökumətin təzyiqi ilə Türkiyə Radio Televiziya Ali Qurumunun (RTÜK) terror aktından dərhal sonra Hatayda baş verən partlayışlarla bağlı xəbərlərin yayımına qadağa qoyduğuna diqqət çəkir. Qəzet RTÜK-ün bu qərarını terror aktında ölənlərin sayının çox olması, bu faktın cəmiyyətdə hökumətə qarşı etirazları artıracağı ilə əlaqələndirir. “İnternational TV” öz mənbələrinə istinadən yaydığı məlumatda terror aktı nəticəsində ən azı 116 nəfərin öldüyünü yazır. BBC telekanalı isə terror aktına görə məsuliyyəti öz üzərinə “Əl-Qaida” ilə bağlılığı olan “Əl Nüsra Cəbhəsi” adlı ekstremist qruplaşmanın götürdüyünü bildirir.

 

Reyhanlıda baş verən terror aktlarında ölənlərin sayı ilə bağlı sosial mediada da fərqli məlumatlar yayılıb. Bölgədə yaşayan insanlar terror aktlarında ən azı 176 nəfərin öldüyünü deyirlər. Türkiyə rəsmiləri isə rəqəmlər arasında bu qədər fərqin olmasının səbəbini hələ də açıqlamayıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 645
avatar

Oxşar yazılar