Çinli şahmatçı Hou Yifan qadınlar arasında dünya çempionu titulunu özünə qaytarıb. Lent.az-ın məlumatına görə, Yifan dünya şahmat tacı uğrunda görüşdə ukraynalı Anna Uşeninanı üstələyib.
O, 7-ci partiyada rəqibinə qalib gələrək, çempionluq üçün lazım olan 5,5 xal həddinə çatıb. Ümumiyyətlə, 4 partiyada Yifan qələbə qazanıb, 3-ü isə heç-heçə nəticələnib. Beləliklə, çinli şahmatçı 19 yaşında yenidən dünya çempionluğuna nail olub.
Qeyd edək ki, 28 yaşlı Anna Uşenina 2012-ci ildə dünya çempionu olmuşdu. Əvvəlki iki titul məhz Hou Yifanın aktivində idi. 2008-ci ildə isə rusiyalı Aleksandr Kostenyuk çempion olub.