Dünya çempionatında daha bir medal
07 may 2013 10:59 (UTC +04:00)

Dünya çempionatında daha bir medal

Perunun paytaxtı Limada keçirilən ağırlıqqaldırma üzrə gənclər arasında dünya çempionatında Azərbaycan yığmasının daha bir üzvü medal qazanıb. Lent.az-ın məlumatına görə, 69 kq çəki dərəcəsində çıxış edən Firudin Quliyev bürünc medala sahib olub.

 

19 yaşlı idmançımızın birdən qaldırmada ilk cəhdi uğurlu alınmayıb. O, 132 kq çəkinin öhdəsindən yalnız ikinci cəhddə gəlib, üçüncü yanaşmada 135 kq-ı ram edə bilməyib. Nəticədə Quliyev bu hərəkəti 5-ci yerdə bitirib. Təkanla qaldırmada isə idmançımız durumu düzəldib. İlk yanaşmasında 176 kq-ı ram edən Quliyev toplamda ən azı bürünc medalı təmin edib. Növbəti sifariş 184 kq olub. Ancaq Quliyev bu çəkinin öhdəsindən iki yanaşmada gələ və dünya çempionluğunu təmin edə bilməyib. Buna baxmayaraq, idmançımız təkanla qaldırmada kiçik gümüş medal qazanıb. Beləliklə, iki hərəkətin cəmində 308 kq (132 kq + 176 kq) nəticə göstərən “Zirvə” İdman Klubunun yetirməsi karyerasında ilk dəfə dünya çempionatının bürünc medalını qazanıb.

 

Qeyd edək ki, daha öncə ağırlıqqaldıranlarımızdan Valentin Xristov 62 kq çəki dərəcəsində dünya çempionu olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 553
avatar

Oxşar yazılar