Dünənki qəzalarda ölənlər: <span style="color:red;">adlar AÇIQLANDI
18 sentyabr 2019 14:20 (UTC +04:00)

Dünənki qəzalarda ölənlər: adlar AÇIQLANDI

Dünən respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 ağır yol qəzası baş verib. Nəticədə 7 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisələrdən ikisi piyada ölümü, ikisi isə nəqliyyat vasitələrinin toqquşması nəticəsində meydana gəlib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən həmin qəzalardan bir neçəsinin təfərrüatlarını təqdim edir.
 
Dünən saat 3 radələrində Masallı rayonunun Yeddioymaq kəndi ərazisində Mehdi Əhmədov idarə etdiyi “VAZ-21074” markalı avtomobili qarşıda gedən Lənkəran rayon sakini C.Fəttayevin idarə etdiyi “KamAZ” markalı avtomobilin markalı qoşqusuna vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş M.Əhmədov orada ölüb.
 
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 
 
Saat 4 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində Gəncə şəhər sakini R.Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini Namiq Əmiraslanov olması müəyyən edilib.
 
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 
 
Saat 13 radələrində Lənkəran rayonunun Vilvan kəndi ərazisində Osaküçə kənd sakini Şəmsəddin Babayevin idarə etdiyi “VAZ-2107” və Astara rayon sakini R.Əliyevin idarə etdiyi “Mercedes” markalı yük avtomobilləri toqquşub. Nəticədə Ş.Babayev hadisə yerində vəfat edib.
Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır. 
 
Saat 19 radələrində Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində Musalı kənd sakini X.Həsənov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən kənd sakini Firuzə Əhədovanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 822
avatar

Mehman Nəbiyev

Oxşar yazılar