Son sutka ərzində Bakıda 8 avtoqəza ilə bağlı təcili yardıma müraciət olunub. Bu barədə Lent.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev məlumat verib. Onun sözlərinə görə, dünənki qəzalar 16 nəfərin zərər çəkməsi ilə nəticələnib.
Qeyd olunan qəzalarda 2 nəfər həyatını itirib: “Zərərçəkmiş digər 14 nəfərdən 11-i xəstəxanaya yerləşdirilib”-deyə, O. Şahmalıyev əlavə edib.