DSMF gəlirlərini açıqladı
14 avqust 2013 11:11 (UTC +04:00)

DSMF gəlirlərini açıqladı

İlkin məlumatlara əsasən, 2013-cü ilin yanvar-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1534,5 mln. manat  təşkil edib. Bu barədə Lent.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bu cari ilin proqnoz göstəricisindən 34,8 mln. manat və ya 2,3 faiz çoxdur. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 31 mln. manat və ya 3,6 faiz yuxarı olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 12,8 faiz və ya 100,4 mln. manat artaraq 885,4 mln. manat təşkil edib.

 

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 62,4 faizi və ya 552,3 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin  sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 96 mln. manat və ya 21 faiz, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 19,5 faiz və ya 90 mln. manat yuxarı olub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 48,7 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 36,7 faiz artıb.

 

2013-cü ilin yanvar-iyul aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 333,0 mln. manat təşkil edib. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 425
avatar

Oxşar yazılar