Dövlət sərhədini... ən çox azərbaycanlılar pozur - YENİLƏNİB
20 dekabr 2013 19:04 (UTC +04:00)

Dövlət sərhədini... ən çox azərbaycanlılar pozur - YENİLƏNİB

Bu il Azərbaycanın dövlət sərhədini pozduğuna görə 515 nəfər, sərhəd rejimi qaydalarını pozduqlarına görə isə 18159 nəfər Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.


 

APA-nın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2013-cü ildə xidməti döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

 

Saxlanılanların 46%-i Azərbaycan, 16,5%-i Özbəkistan, 8,2%-i İran, 4,9%-i Gürcüstan, 4,6%-i Moldova, 3,9%-i Əfqanıstan, 3,5%-i Nigeriya, 2,7%-i Rusiya, 2,3%-i Türkiyə, 7,3%-i isə digər ölkələrin vətəndaşları olub.

 

Hesabat dövründə sərhəd naryadlarına qarşı 1 halda sərhəd pozucuları tərəfindən silahlı müqavimət göstərilib. Dövlət sərhədinin mühafizəsi zamanı sərhəd naryadları tərəfindən təlimatlara uyğun olaraq sərhəd pozucularına qarşı silah tətbiq edilərkən 1 silahlı sərhəd pozucusu zərərsizləşdirilib.

 

DSX tərəfindən il ərzində 2303 nəfər axtarışda olan şəxs tutulub, 339 nəfər saxta, 30 nəfər özgəsinin sənədi ilə və 12 nəfər gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb.

 

2013-cü il ərzində 4 milyon 669,2 min manat dəyərində qaçaqmal tutulub, 150 kq 462 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, 25,8 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.

 

Hesabat dövründə qanunsuz miqrasiya ilə məşğul olan 3 kriminal qrup, qaçaqmalçılıq və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

 

Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 87, Rusiyaya məxsus 23, İrana məxsus 6, Türkmənistana məxsus 1, Qazaxıstana məxsus 1 gəmiyə, Azərbaycana məxsus 488 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilib. Azərbaycana məxsus 55 gəmi, Rusiyaya məxsus 8 gəmi, İrana məxsus 1 gəmi, Qazaxıstana məxsus 1 gəmi və Azərbaycana məxsus 274 qayıq barəsində zəruri tədbir görülüb.

 

Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan və xidməti vəzifələrin icrasına ciddi maneə yaradan balıq ovlama vasitələri - 35 min metr tor və 500 ədəd qarmaq yığılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1092
avatar

Oxşar yazılar