Bakıda 48 kombi  oğurlandı
20 dekabr 2025 16:49 (UTC +04:00)

Bakıda 48 kombi oğurlandı

0

Bakının Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, naməlum şəxs bir yarımtikilidən ümumi dəyəri 1400 manat olan inşaat materiallarını hissə-hissə oğurlayaraq satıb.

Qaradağ rayon Polis İdarəsi 11-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı M.Mahmudov müəyyən olunaraq saxlanılıb. Ondan narkotik vasitə olan heroin də aşkarlanaraq götürülüb.

Aparılan araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində yerləşən anbarların birindən 48 ədəd kombi oğurlaması da məlum olub. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar