Qazaxıstan Respublikasının axtarışa verdiyi azərbaycanlı tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində, Qazaxıstan Respublikasının CM-nin 234-cü maddəsi (dövlət sərhədindən küllü miqdarda iqtisadi qaçaqmalçılıq) ilə axtarışda olan 1983-cü il təvəllüdlü İbrahim Abdullayev tutulub.
Araşdırma aparılır.