Dövlət Komitələri məhkəməyə verilib
03 iyun 2014 14:47 (UTC +04:00)

Dövlət Komitələri məhkəməyə verilib

Azərbaycanda bir neçə dövlət qurumu Bakı Apelyasiya Məhkəməsinə verilib. Lent.az-ın məlumatına görə, bu barədə adıçəkilən məhkəmənin rəsmi saytında xəbər yerləşdirilib.

Əmirov Zaur adlı vətəndaş Əmlak Məsələləri üzrə Dövlət Komitəsini və həmçinin Maliyyə Nazirliyini pul tələbi ilə məhkəməyə verib. “Azəriqaz” İstehsalat Birliyi də məhkəməyə verilən dövlət qurumları sırasındadır. İB Asif Quliyev tərəfindən “borcun silinməsi” iddiası ilə məhkəməyə verilib. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi yeni çıxarışın verilməsi və texniki pasportun verilməsi tələbləri ilə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə plan və ölçünün tərtib edilməsi iddiası ilə məhkəməyə verilən qurumlar sırasındadır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 749

Oxşar yazılar