Azərbaycanda dövlət idarələri məhkəməyə verilib. Lent.az-ın məlumatına görə, bu barədə xəbər 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin rəsmi saytında yerləşdirilib. Belə ki, “Yusif Audir” MMC tərəfindən “Bakımetrotuneltikinti” SC-nin 1 saylı Tunel Tikinti İdarəsi məhkəməyə verilib. MMC İdarədən zərərin ödənilməsini tələb edir.
Daha bir məhkəməyə verilən idarə isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumu olan Bakı Avtomat Telefon Qovşağıdır. İdarə Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə Departamenti tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə verilib.