Təcridxanada intihar edən şəxslə bağlı <span style="color:red;">MARAQLI FAKTLAR
24 dekabr 2015 12:47 (UTC +04:00)

Təcridxanada intihar edən şəxslə bağlı MARAQLI FAKTLAR

 

 

Dekabrın 23-nə keçən gecə Bakı şəhər Sabunçu rayonunda yerləşən 1 saylı İstintaq Təcridxanasında özünü asaraq intihar edən Manaf Paşayevə dünən məhkəmədə hökm oxunmalı imiş. Lent.az-ın əldə etdiyi məlumata görə, dünən səhər saatlarında təcridxana əməkdaşları 1958-ci il təvəllüdlü Paşayev Manaf Məmməd oğlunu məhkəməyə gətirmək üçün onun kamerasına gediblər və məhbusun özünü asaraq intihar etdiyini görüblər. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək prosesdə hökm oxunacağı gözlənilirdi. 

 

M.Paşayev daha əvvəl 8 dəfə məhkum edilibmiş və sonuncu dəfə Bakıda oğurluq etdiyinə görə tutulubmuş.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, 57 yaşlı M.Paşayev ilk dəfə 1982-ci ildə məhkum edilib. O daha çox oğurluqla məşğul olurmuş. 2 dəfə isə xuliqanlıq əməlinə görə həbsxanaya salınıbmış. Ümumilikdə isə M.Paşayev həyatının 25 ilə yaxınını dəmir barmaqlıqlar arxasında keçirib.

 

Qeyd edək ki, M.Paşayevin intiharı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, intiharın səbəbi araşdırılır.

 

***

 

1 saylı Bakı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib. Lent.az-ın məlumatın görə, təcridxanada saxlanılan Manaf Paşayev özünü asaraq intihar edib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

 

Qeyd edək ki, M.Paşayev 9-cu məhkumluğunu yaşayırmış. Sonuncu dəfə o, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 259

Oxşar yazılar

Hüseyn Həsənov 100 milyonluq evini  ona verdi - YENİLƏNİB

Hüseyn Həsənov 100 milyonluq evini ona verdi - YENİLƏNİB

22 may 2025 , 15:50
Xırdalanda FACİƏ:  1 yaşlı uşaq yandı

Xırdalanda FACİƏ: 1 yaşlı uşaq yandı

22 may 2025 , 15:28
Mingəçevirdə evdə PARTLAYIŞ   - VİDEO

Mingəçevirdə evdə PARTLAYIŞ - VİDEO

22 may 2025 , 14:53
Naxçıvanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ  - YENİLƏNİB

Naxçıvanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

22 may 2025 , 14:43
İnəyi xilas etmək istədi, özü öldü

İnəyi xilas etmək istədi, özü öldü

22 may 2025 , 12:12
Dörd nəfər bataqlığa   düşüb öldü

Dörd nəfər bataqlığa düşüb öldü

22 may 2025 , 11:57
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü

22 may 2025 , 11:29
Ukraynalı qızları "ovlayan"  azərbaycanlılar TUTULDU

Ukraynalı qızları "ovlayan" azərbaycanlılar TUTULDU

22 may 2025 , 11:10