DİN ruhi xəstəxanadan qaçan şəxslərlə bağlı məlumat yayıb
13 yanvar 2014 13:00 (UTC +04:00)

DİN ruhi xəstəxanadan qaçan şəxslərlə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Bakıda ruhi-əsəb xəstəxanasından qaçan şəxslərin tutulması ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasından qaçmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 304-cü maddəsi (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) ilə axtarışda olanlar tutulub. Hər iki şəxs: Tural Abbasov və Yusif Məhərrəmov Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsindəki mənzillərdən birində yaxalanıblar.

 

Qeyd edək ki, xəstəxanadan qaçan şəxslər müxtəlif cinayətlərdə təqsirləndiriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699
avatar

Oxşar yazılar