Daxili İşlər Nazirliyi sentyabrın 18-nə keçən gecə Sabirabad rayonu ərazisində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 00.30 radələrində Sabirabad rayonu ərazisində Samir Novruzovun idarə etdiyi “Nissan” markalı və Tural Bağırovun idarə etdiyi “TOFAŞ” markalı avtomaşınlar toqquşub. Nəticədə hər iki sürücü hadisə yerində ölüb. Faktla əlaqədar Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, T.Bağılrov İctimai televiziyanın bölgə müxbiri vəzifəsində çalışırmış və o qəzaya xidməti avtomobili ilə düşüb.