Daxili İşlər Nazirliyi Bakıda baş vermiş dəhşətli qətllə bağlı rəsmi məlumat yayıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, mayın 27-də Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən “Məşəl” düşərgəsində Tərtər rayon sakini Emin Heydərov münaqişə zəminində keçmiş arvadı, Zəngilan rayon sakini Şəhanə Nağıyevanı elektrik naqili ilə boğaraq qətlə yetirib.
E. Heydərov könüllü olaraq Nizami Rayon Polis İdarəsinə gələrək təslim olub.