DİN dəhşətli qətl hadisələri ilə bağlı məlumat yaydı
04 fevral 2013 17:05 (UTC +04:00)

DİN dəhşətli qətl hadisələri ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi son günlər ölkə ərazisində törədilmiş qətl hadisələri ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, 2012-ci il dekabrın 3-də saat 16.00 radələrində Ağdaş rayonunda yaşayan Elsevər Məmmədov özünə məxsus "VAZ-2106" markalı avtomaşında evdən çıxıb və geri qayıtmayıb. Araşdırmalar zamanı E.Məmmədovun həmin gün Şamaxı rayon sakinləri Vasif Soltanov və Oqtay Mürsəlov tərəfindən tamah məqsədilə Şamaxı rayonunun Çuxuryurd kəndinə aparılıb orada boğma yolu ilə qətlə yetirilməsi, meyitinin isə meşə zolağında basdırılması müəyyən edilib. V.Soltanov və O.Mürsəlov polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində tutulub.

 

Digər məlumata görə, fevralın 4-də Şabran rayonunun Gəndob kəndi ərazisində, kənd sakini Vaqif Qurbanov ailə münaqişəsi zəminində qardaşı Məmmədağanı bıçaqla qətlə yetirib. V.Qurbanov Şabran RPŞ əməkdaşları tərəfindən tutulub.

 

Oxşar hadisə fevralın 2-də Gəncə şəhəri ərazisində də qeydə alınıb. “Neon” Un Məmulatı Fabrikinin qarşısında, şəhər sakini Elnur Məmmədovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. Faktla əlaqədar cinayət işi başlanıb. Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədənin şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Həsənov olması müəyyən edilib.

# 2149
avatar

Oxşar yazılar