DİN BDYPİ-nin inzibati binasında saxta polis -YENİLƏNİB
18 sentyabr 2013 15:59 (UTC +04:00)

DİN BDYPİ-nin inzibati binasında saxta polis -YENİLƏNİB

Sentyabrın 17-də Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binasında tutulmuş yalançı polisin ruhi-əsəb xəstəsi olması məlum olub. İdarədən Lent.az-a verilən məlumata görə, dünən günorta saatlarında polis formasında inzibati binaya daxil olan 25-30 yaşlı şəxs ətrafdakıların diqqətini cəlb edib. İdarə işçiləri əvvəlcə görmədikləri həmin şəxsdən şübhələniblər və yaxınlaşaraq hansı şöbədə işlədiyini soruşublar. Polis baş serjantı formasındakı şəxsin nala-mıxa vurması şübhələri daha da artırıb. Vəziyyətin çətinləşdiyini görən saxta polis isə qapıya tərəf qaçaraq uzaqlaşmaq istəsə də, ələ keçib.

 

Müəyyən edilib ki, polis paltarı geyinərək BDYPİ-yə gələn şəxs paytaxt sakini Əfsun Rəcəbovdur. Onun İdarəyə hansı məqsədlə gəlməsi hələlik dəqiq bilinməsə də, müəyyən ruhi-əsəb problemlərinin olduğu qeyd edilir.

 

*****

 

15:27

 

Sentyabrın 17-də Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binasında, yol polisinin baş serjantı geyimində olan naməlum şəxs özünü şübhəli apardığı üçün diqqəti cəlb edib.Lent.az-ın DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, komendant xidmətinin əməkdaşları ondan xidməti vəsiqəsini təqdim etməyi xahiş ediblər. Bu zaman qaçmağa cəhd göstərmiş həmin şəxs saxlanılıb.

Onun Bakı şəhər sakini Əfsun Rəcəbov olması müəyyən edilib. Araşdırmalar aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2947
avatar

Oxşar yazılar