
8 nəfərin öldüyü dəhşətli qəza ilə bağlı YENİ XƏBƏR
Göygöldə 8 nəfərin ölümü ilə nəticələnən qəza qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə aprelin 29-da saat 12 radələrində rayonunun Yeni Qızılca kəndi ərazisində baş verib. Daşkəsən rayon sakinləri Eldəniz Həsənovun idarə etdiyi “VAZ-2107” və Aslan Camalovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Nəticədə E.Həsənov və həmyerliləri olan sərnişinləri Nahidə Orucova, habelə A.Camalov və həmyerliləri olan sərnişinləri Həmid Bayramov hadisə yerində, eləcə də E.Həsənovun qızı Rübab və digər sərnişini Firəngiz Orucova, A.Camalovun oğlu Hüseyn və arvadı Sevinc Xamalova isə xəstəxanada ölüblər.
E.Həsənovun digər sərnişini arvadı Ruhiyyə Həsənova xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Oxşar yazılar

Bakıda DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü - VİDEO
7 iyun 2025 , 15:27
Cəlilabadda maşın kanala aşdı, 5 yaralı var - YENİLƏNİB
7 iyun 2025 , 15:01
Bakıda 20 yaşlı qız qəfil öldü
7 iyun 2025 , 14:49
Sumqayıtda maşın aşdı, 12 yaşlı uşaq öldü
7 iyun 2025 , 12:54
Ana və 3 yaşlı qızının meyitləri tapıldı
7 iyun 2025 , 12:45
Qurban bayramında 14 mindən çox adam yaralandı
7 iyun 2025 , 10:22
Bakıda gənc oğlanın meyiti meşəlik ərazidən tapıldı
6 iyun 2025 , 19:38