DİN-in şöbə rəisi təkzib etdi: "Yalan məlumatdır"
19 noyabr 2014 17:49 (UTC +04:00)

DİN-in şöbə rəisi təkzib etdi: "Yalan məlumatdır"

Bu gün kütləvi informasiya vasitələrinin elektron poçt ünvanlarına Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadənin vəzifədən azad olunması barədə məlumatlar daxil olub. Lent.az-a daxil olan məlumatda bildirilir ki, Sumqayıt vəhhabiləri barədə “yanlış məlumat” verdiyinə görə O.Mansurzadə işdən çıxarılıb.

 

Lent.az məsələ ilə bağlı O.Mansurzadə ilə əlaqə saxlayıb. Xidməti telefonuna cavab verən polis polkovnik-leytenantı bildirdi ki, vəzifəsinin icrasını davam etdirir və yayılan məlumatlar həqiqətə uyğun deyil.

 

Qeyd edək ki, dünən Orxan Mansurzadə mətbuata Sumqayıtda yaşayan vəhhabi təriqətinin üzvü barəsində sensasion açıqlama vermişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1554
avatar

Oxşar yazılar