Dəmiryolu stansiyasının rəisini maşın vurdu
18 mart 2016 14:02 (UTC +04:00)

Dəmiryolu stansiyasının rəisini maşın vurdu

 

Azərbaycanda vəzifəli şəxsi maşın vurub.

 

Bərdə rayon Mərkəzi Xəstəxanasından APA-nın Qarabağ bürosuna verilən məlumata görə, bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Köçərli stansiyasının rəisi Xasay Mustafayev müxtəlif xəsarətlərlə xəstəxanaya daxil olub.

 

Onun vəziyyəti orta-ağır qiymətləndirilir. 

 

Xəstəxanadan bildirilib ki, X. Mustafayev avtomobil vurması nəticəsində xəsarət alıb. Faktla bağlı polisə məlumat verilib, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 197

Oxşar yazılar