23 yaşlı dələduz qıza hökm oxundu
24 iyun 2016 16:06 (UTC +04:00)

23 yaşlı dələduz qıza hökm oxundu

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1993-cü il təvəllüdlü Fidan Qarazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

 

Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə F. Qarazadə 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Qeyd edək ki, Fidan Qarazadənin özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib. Onun 2014-cü ilin iyun-oktyabr ayları ərzində Neftçala rayon sakinlərindən onları nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin ayrı-ayrı qurumlarına işə düzəldilməsini vəd edərək aldatma yolu ilə  ümumilikdə 71 min manat məbləğində pul vəsaitini ələ keçirib.

 

Fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) maddələri ilə cinayət işi başlanıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar