Dələduzluğa görə axtarışa verilmiş şəxs tutuldu
10 fevral 2018 15:59 (UTC +04:00)

Dələduzluğa görə axtarışa verilmiş şəxs tutuldu

Oğurluqda şübhəli bilinərək tutulmuş şəxsin başqa cinayəti üzə çıxıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 8-də Bakı şəhər sakini Həsrət Qorçuyevə məxsus avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Cavid Rufullayev Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən tutulub. Onun CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

 

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 138
avatar

Oxşar yazılar