Dəhşətli yanğınla bağlı məhkəmədə hakimlə müttəhim arasında <span style="color:red;">MÜBAHİSƏ
15 dekabr 2016 13:50 (UTC +04:00)

Dəhşətli yanğınla bağlı məhkəmədə hakimlə müttəhim arasında MÜBAHİSƏ

Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunmuş “Qlobal Stone” MMC-nin pbaş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, Binəqədi rayon icra hakiminin sabiq müavini Qəzənfər Novruzov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.


Lent az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Miryusif Mahmudovun vəkili İlhamə Həsənova vəsatətlə çıxış edib. 

O, bildirib ki, yanğın baş verən zaman hadisə başdan sona qədər video yazıya alınıb: "Həmin görüntülər cinayət işinin materiallarında yoxdur. Məhkəmə həmin görütüləri sənədlərə əlavə edilərək, prosesdə izlənilməlidir".


Vəsatət təmin edilməyib. 

Təqsirləndirilən şəxslərin vəkilləri yanğın baş verəndən sonra hadisə yerinə gələn ekspertlərin məhkəməyə gələrək dindirilməsini istəyib: "Ekspert Azər Vəliyevin dindirilməsi çox vacibdir. Onlar yanğının hansı səbəbdən baş verməsi ilə bağlı ekspertiza aparıblar. Bizim ona suallarımız var. Çünki istintaq orqanı həmin şəxsləri şahidlər siyahısına salmayıb".


Ağacavad Məmmədovun vəkili vəsatətlə çıxış edərək "Dərnəgül Boru" Zavodun direktoru Məhəmməd Abbasovun məhkəmədə dindirilməsini istəyib.


İlhamə Həsənova müdafiə etdiyi Miryusif Mahmudovun istintaqda şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ifadələrin cinayət işinin sübutlar siyahısından çıxarılmasını tələb edib. Hakimlər isə uzun danışan vəkil İlhamə Həsənovanın sözünü  kəsib. Vəkilin reaksiyası isə belə oldu: "Neyləyək vəsatət verməyək, lal olaq?"

Bu zaman Miryusif Mahmudov buna kəskin etiraz edib: "Başqası danışanda səsini saxlamırsan, mənim vəkilim danışan zaman sözünü kəsirsən. Bunu şəxsimə qarşı qərəz hesab edirəm".



Müşavirədən qayıdan hakimlər heyəti vəsatətlərin heç birini təmin etməyib. Məhkəmə istintaqının başa çatdırılması müzakirə edilib. Təqsirləndirilən şəxslərin vəkilləri məhkəmə istintaqın tamamlanmasını kəskin etiraz ediblər. 

 

 

Miryusif Mahmudov çıxış edib: "Burda əsl günahkarlar ittiham edilmədi. Bizim işimizi kimə deyirsənsə o saat deyir ki, 15 nəfər ölüb. Allah rəhmət eləsin. Biz gedib onlara yardım etmək istərdik. Qorxumuzdan gedə bilmirdik ki, deyərlər ki, günahkarlardır. Biz azadlıqda olsaydıq o ölü yiyələrinə yardım edərdim".

 

Məhkəmə istintaqı başa çatıb. Çıxışlar mərhələsinə keçirilib. Prokuror çıxış üçün vaxt istəyib. Məhkəmə dekabrın 20 -də davam edəcək.

Qeyd edək ki, keçən il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədaləto Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutalan cianyət işi başlanılıb. 


Akif Əlibəyov və Ağacavad Məmmədov barəsindı həbs qətkmkan tədbiri seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182
avatar

Səlcuq Elçin

Oxşar yazılar