Dünən Bakı-Qazax magistralının Yevlax rayonundan keçən hissəsində baş vermiş dəhşətli qəzada yaralananlardan bir neçəsi evə buraxılıb. Yevlax şəhər xəstəxanasından Lent.az–a verilən xəbərə görə, qapalı – kəllə beyin travması almış Quliyeva Zemfira İdris qızı və Məsiyev Ceyhun İlyas oğlu həkim nəzarətindədir. Digər yaralılar isə ambulator müalicəyə yazılıb.
Qeyd edək ki, Bakıdan Qazaxa gedən “Ford” markalı mikroavtobusla “Shacman” markalı yük maşınının toqquşması nəticəsində 4 nəfər ölmüş, 7 nəfər isə ağır xəsarət almışdı.