Daxili Qoşunların zabiti qəza törədib, yaralanan var
28 sentyabr 2013 01:31 (UTC +04:00)

Daxili Qoşunların zabiti qəza törədib, yaralanan var

Daxili Qoşunların Zaqatalada yerləşən N saylı hərbi hissənin zabiti yol qəzası törədib.  APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə sentyabrın 27-də saat 20.10 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolununun Zaqatalanın Yuxarı Tala kəndindən keçən hissəsində baş verib.

 

Daxili Qoşunların mayoru Nuşirəvan Əliyev idarə etdiyi VAZ 2107 markalı 90 BV 694 dövlət nömrə nişanlı avtomobillə Yuxarı Tala kəndi ərazisindəki fındıq sexlərinin birindən işdən çıxıb evə gedən Zaqata rayonunun Aşağı Tala kənd sakini, 1985-ci il təvəllüdlü Kərimova Ülviyyə İbrahim qızını vurub. Nəticədə müxtəlif ağır bədən xəsarətləri almış Ü.Kərimova Zaqatala rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Xəstəxanadan APA-ya verilən məlumata görə, xəstənin durumu ağır kimi qiymətləndirilir, müalicəsi davam etdirilir.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

# 938
avatar

Oxşar yazılar

Sumqayıtda DƏHŞƏT:  ana özünü və uşaqlarını zəhərlədi - YENİLƏNİB

Sumqayıtda DƏHŞƏT: ana özünü və uşaqlarını zəhərlədi - YENİLƏNİB

21 may 2024 , 23:00
Təyyarə hava boşluğuna düşdü, 70-dən çox yaralı və ölən var

Təyyarə hava boşluğuna düşdü, 70-dən çox yaralı və ölən var

21 may 2024 , 22:39
Şəkidə “Mersedes” 53 yaşlı qadını vurdu

Şəkidə “Mersedes” 53 yaşlı qadını vurdu

21 may 2024 , 21:09
Sumqayıtda fəhlə iş zamanı öldü

Sumqayıtda fəhlə iş zamanı öldü

21 may 2024 , 20:14
Bakıdan babasıgilə qonaq gedən  uşaq öldü

Bakıdan babasıgilə qonaq gedən uşaq öldü

21 may 2024 , 19:52
Bakıda gənc oğlan  özünü asdı

Bakıda gənc oğlan özünü asdı

21 may 2024 , 19:49
Məhkəmə "İmam Mehdi"nin  cəzasını azaltdı

Məhkəmə "İmam Mehdi"nin cəzasını azaltdı

21 may 2024 , 17:36
Azərbaycanda tələbə   yol qəzasında öldü

Azərbaycanda tələbə yol qəzasında öldü

21 may 2024 , 17:28