Cəlilabadda martın 23-ü törədilmiş dəhşətli qətl hadisəsinə səbəb intiqam hissi imiş. Ana və iki körpə narkotik aludəçisinin amansizlığının qurbanı olub. Hadisənin təfərrüatlari öyrənmək üçün ANS-in xüsusi müxbiri Cəlilabadda olub.
Hadisə bas verən vaxt ailənin başçısı Məzahir işdə olub. İnternet klubda işləyən Məzahir ən tez evə gecə saat 12-də gəlirmiş. Həmin gün də istisna deyildi. Qəfildən onun telefonuna zəng gəlir. Həyat yoldaşi Nahidə idi. Amma qismətdən Məzahir telefona cavab vermir. Bir qədər sonra özu təkrar həyat yoldaşına zəng vurur. Amma xanımı telefona cavab vermir. Sən demə, bu zaman 28 yaslı qadın sag qalmaq ücün mücadilə edirmiş.
Qətli törədən Musa Quliyev Məzahirin bacısı Gulşənin həyat yoldaşı olub. Onlar 4-5 il əvvəl dini nikahla evləniblər. Bu evlilikdən bir ogulları olub. Qohumlarının dediyinə görə, aralarında narazılıq yarananda hələ körpələri dünyaya gəlməyibmiş. Bir müddət ayrı yasayıblar. Amma sonradan Məzahir onları barışdırmaq üçün öz evinə gətirib. Həyat yoldaşi Nahidə aylarla Musa Quliyevin qullugunda durub. Amma sonradan yenə də baldızı ilə Musa ayrılmalı olublar. Qohumlari deyir ki, buna səbəb Musa Quliyevin narkotik aludəcisi olması idi. Düz bir il idi ki, ayrı yasayırdılar. Hətta, 5 yaslı oğluna valideynlik hüququ vermək də istəmirmiş . Bir-iki ay əvvəl isə məhkəmə bu hüququ bərpa edib.
Zərərçəkənlərin sözlərinə görə, Musa hətta, İlaxır çərşənbəni oğlunun beşiyini həyətdə yandıraraq hər kəsdən intiqam alacağini bildirib. Qurbanları isə 4-5 ay evində yaşadığı qayını Məzahirin həyat yoldaşi və 2 azyaşlı qızı olub.
Musa Quliyev 4 yaşlı Mədinəni anası Nahidə ilə eyni otaqda öldürüb. Hadisədən ilk xəbər tutan isə qətli törədən Musa Quliyevin bacanaği Siyavuş Təhməzov olub. O, “Məzahirin evi yanır” xəbərinə qaçıb gəlib və belə bir hadisə ilə qarşılaşıb.
Qətli törədən Musa Quluyev istintaqa ifadəsində bildirib ki, qayını Məzahirgilə bayramlaşmaq üçün gedib. Lakin evin xanımı onun üstünə qaynar su ataraq evdən çixmasını tələb edib .
Xatirladaq ki, Musa Quliyev barəsində Cinayət Məcəlləsinin 120.2.7 maddəsi ilə cinayət işi qaldırılıb.