Bakıda 32 yaşlı kişi dənizdə batıb.
Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Xəzər dənizinin rayon ərazisindən keçən hissəsində Cəlilabad rayon sakini, 1980-ci il təvəllüdlü Elnur Əliyaz oğlu Nəzərov batıb.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən cəsəd tapılaraq aidiyyəti üzrə təhvil verilib.