İyulun 12-də İsveçrənin Lütsern şəhərində akademik avarçəkmə üzrə Dünya Kubokunun III mərhələsi start götürəcək. Lent.az-ın məlumatına görə, nüfuzlu reqatada Azərbaycanı 1 idmançı təmsil edəcək.
Bu, 23 yaşadək akademik avarçəkənlər arasında 2010-cu il dünya çempionatının finalçısı Cavid Əfəndiyevdir. Əfəndiyev Lütsernə məşqçi Samir Məmmədovun rəhbərliyi altında yollanıb.
Qeyd edək ki, 3 gün davam edəcək Dünya Kubokunda 43 ölkədən 650 avarçəkən mübarizə aparacaq.
Cavid Əfəndiyev Dünya Kubokunda
350