Bu gün Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyevin həbs müddətinin uzadılmasına dair verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, keçirilən prosesdə onun şikayəti təmin edilməyib.
Xatırladaq ki, mayın 27-də Nərimanov rayon Məhkəməsində Cahangir Hacıyevin 3 ay müddətinə uzaldılıb.
Qeyd edək ki, Cahangir Hacıyev keçən il dekabr ayıbda həbs edilib. Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur.