Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev 3 ay müddətinə azadlıqdan məhrum edilib.
APA-nın əldə etdiyi məlumata görə, C. Hacıyev barəsində Nərimanov rayon Məhkəməsində azadlıqdan məhrumetmə qərarı seçilib.
C. Hacıyev Cinayət Məcəlləsinin 178.3.2 və 179.1 maddələri ilə ittiham olunur.
C. Hacıyev Bakı İstintaq Təcridxanasına aparılıb.
***
16:51
Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev saxlanılıb.
Faktı APA-ya Daxili İşlər Nazirliyindən (DİN) təsdiqləyiblər.
Məlumata görə, C. Hacıyevi DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi saxlayıb.
Qeyd edək ki, bu barədə ilk xəbəri strateq.az saytı yayıb.