Mayın 1-dən avtomobillərdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az-a bildirib ki, jalüzlərdən istifadəyə etibarən noyabrın 15-nə qədər icazə verilir: “Avtomobildə əyləşən sərnişinləri günəş şüalarından qorumaq məqsədi ilə sənaye üsulu ilə hazırlanan jalüzlər avtomobilin arxa sağ və sol yan şüşələrində istifadə olunmasına icazə verilir. Lakin kustar üsulla hazırlanan pərdə və jalüzlərin istifadəsi qadağandır. Belə qayda pozuntuları aşkar edildikdə, həmin sürücülər İnzibati Xətalar Məcəlləsinin 155-ci (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) maddəsinə əsasən 150 manat məbləğində cərimələnəcək".