"Lerik Broyler" MMC Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzini məhkəməyə verib.
Lent.az-ın “qafqazinfo”ya istinadən xəbərinə görə, MMC-nin məhkəməyə üz tutmasına səbəb bir müddət əvvəl Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən "Lerik Broyler"in istismarının müvəqqəti dayandırılması və fəaliyyətinin qadağan edilməsi barədə qərar verməsi olub.
Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "Lerik Broyler" MMC dövlət qurumunun qərarının ləğv edilməsini istəyib. Məhkəmə MMC-nin iddiasını təmin edib. Şirvan Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. İşə Ali Məhkəmədə baxılacaq.