<span style="color:red;">Bitib-tükənməz azarkeş sevgisi:  <b>ölməyə də hazırdırlar, öldürməyə də</b> - <span style="color:red;">TƏƏSSÜRAT
19 noyabr 2014 13:00 (UTC +04:00)

Bitib-tükənməz azarkeş sevgisi: ölməyə də hazırdırlar, öldürməyə də - TƏƏSSÜRAT

“Biz adi azarkeş deyilik, “Legia”nın oyununu izləyib, matç bitəndən sonra sadəcə, əl çalaraq stadionu tərk edənlərdən deyilik, biz ultra sağıq! Burda, bu barda gördüyün hər kəs “Legia” üçün ölməyə və öldürməyə hazırdır. Sənin ölkəndə də bu işlər bu cür gedir, məncə. Çünki futbol bir neçə nəfərin qol vurmağa çalışması demək deyil, futbol bundan daha böyük məfhumdur. “Legia” isə dağın zirvəsidir. Müsəlmanlar, zəncilər, ruslar, almanlar bizi sevmirlər, çünki biz də onları sevmirik. Onlar bizdən qorxurlar! Varşava nə dövlətin, nə polisin, nə də gəlmələrindir. Varşava bizimdir. Əsl polyakların. İndilərdə ukraynalılar bizim ölkəmizə axın edir. Onların bizim gözümüzdə xırda həşərat qədər də dəyəri yoxdur. Çünki həşəratlar belə, öz balaca yuvalarını qoruyurlar. Bunlar isə rusların bir gülləsinə vətənlərini qoyub qaçırlar. Qalıb ruslarla döyüşməyi ağıllarından belə, keçirmirlər. Bizim şəhərdə istədikləri kimi gəzir, içir, əylənir, istədiklərini edirlər. Ruslar Kiyevi alsa belə, veclərinə olmayacaq. Onlara hörmət etmə! Səni əmin edirəm, ruslar Polşaya girməyə çalışsaydı, bütün “Legia” azarkeşləri cəbhədə olardılar. Mən alman, rus, fransız və azca da ispan dillərini bilirəm. Niyə və necə öyrəndiyimin önəmi yoxdur. Bura türklər (“Legia”-“Trabzonspor” oyununu nəzərdə tutur) də gələcək. Onların dilində də bəzi sözləri öyrənmək lazımdır. Türkləri sadəcə polyak və ingilis dillərində alçaltmaq bizə yaraşmır (gülür). Nə dediyimizi hamısı başa düşməlidir.

 

“Legia” dünyanın ən güclü klubu olmaya bilər. “Legia” ardıcıl 100 oyunda uduza da bilər. Yeni oyunçular gələ, köhnələri gedə bilər. Hər şey dəyişə bilər. Hər vaxt dəyişməyən tək şey “Legia” azarkeşləri olacaq. Hər vaxt, unutma, hər vaxt! Biz həmişə stadionda öz mahnılarımızı oxuyacağıq”.

 

 

***

 

 

 

Dediklərində bir yanlışlıq yox idi. “Legia” üçün ölərdilər də, öldürərdilər də. Burda xarici tələbələrə göz verib, işıq verməyən də onlar idilər. 11 noyabrda Rusiya səfirliyinə hücum edən də, şəhəri yandıran da.

Universitetdə müəllimlər belə, zarafatla deyirlər ki, “Gənclər onların qorxusundan kommunizmə yönəlmirlər”. Kommunist polyak onlar üçün vətən xaini ilə eyni mahiyyət kəsb edir. Onlar sadəcə futbolla yox, siyasi həyatla da bilavasitə bağlıdırlar. Onlarla nəinki problem yaşamağı, hətta ünsiyyətə girməyi belə, xarici tələbələrə məsləhət görmürük, çünki bəzi hallarda polis də onlardan çəkinir. Bu arada aşırı dərəcədə homofobdurlar. Keçən il Varşavanın mərkəzindəki məşhur “Göy Qurşağı”nı onlar yandırmışdılar. Qonşum pişiyini göstərib gülərək dedi ki, “Bax, onun belə homoseksuallardan daha çox hüququ olmalıdır. Tullantılar!” və ardından siqaret yandırdı. Homoseksual sözü belə onu dəli eləməyə kifayət idi.

Maraqlı bir şey də o idi ki, onlardan bəziləri məhz bilet pulu üçün işləyirdilər. Ailələrinin vecinə deyillər. Ailələri də onların vecinə deyildi. Bəlkə də həyata “Legia” sayəsində tutunurdular. Bunu deyə bilmərəm. Ancaq orijinal bir “Legia” formasını ailələrindən daha çox sevdikləri dəqiq idi. Yankonun bütün danışıqları sözbəsöz doğru idi, yalnız bir cümlədən başqa. Sadəcə bir cümlə: “Sənin ölkəndə də eyni şeydir, məncə”…

 

Güldüm, o elə dedikdən sonra “təbii ki”, dedim. “Bizim Yunanıstanda da elədir”. Bəli, məni əslən kiprli kimi tanımışdılar. Qonşumuzdan məni azarkeş qrupunun başçılarının biri ilə görüşdürməsini xahiş etmişdim. Adı Yanko olan biri ilə görüşdürə biləcəyini demişdi qonşum. Təbii ki 4 pivə qarşılığında, amma məndən ilk öncə haralı olduğumu soruşmuşdu “Roma, Roma from Cyprus”. Bara daxil olan anadək azərbaycanlı olduğumu demək istədim, ya barda olacaqlardan çəkindim, ya da özü-özümə dedim ki,  “Ramal, ölkəndəki hansı azarkeşlərdən danışacaqsan? Klubunu sadəcə Avropa oyunlarında dəstəkləyənlərdən? Bu gün “Neftçi”, sabah “Qarabağ”, sonrakı gün “İnter”in oyununa gedənlərdən? Avroliqada stadionu doldurub, çempionatda oyuna sadəcə 5-10 nəfər gedən klub azarkeşlərindən? Gözümçıxdıya salınan, mahnı oxuduqda belə, polis tərəfindən danlanan “Neftçi” azarkeşlərindən başqa ağlıma bir şey gəlmədi, deyə susdum. Bu fikirlər içində olarkən artıq bara girmişdim. Hündürboy, tamamən keçəl, 185 sm-ə yaxın boyu olan biri mənə doğru gəldi, əlini uzatdı:

- Yanko

- Roma, Roma from Cyprus

Ramal MƏMMƏDLİ

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1768
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21