Bir neçə gün əvvəl atası ölən şəxsin meyiti tapıldı - AZƏRBAYCANDA MÜƏMMALI OLAY
23 mart 2017 18:10 (UTC +04:00)

Bir neçə gün əvvəl atası ölən şəxsin meyiti tapıldı - AZƏRBAYCANDA MÜƏMMALI OLAY

 

Kürdəmir rayonunda qətl törədilib.

 

Lent.az xəbər verir ki, rayonun Yenikənd kənd sakini Ədilov Namiq Abdulbağı oğlu naməlum şəxs və ya şəxslər tərəfindən küt alətlə öldürülüb.

 

Onun üzərində xəsarətlər olan meyiti yaşadığı evin həyətindən tapılıb. Hadisənin kim tərəfində  hansı şəraitdə törədilməsi hələlik məlum deyil.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Namiq Ədilovun atası vəfat edib. Keçən il isə onun tanınmış biznesmen olan qardaşı Təvəkkül Ədilovun oğlu yol qəzasında faciəvi şəkildə ölmüşdü.

# 173
avatar

Nizam Rza

Oxşar yazılar