Bir milyon pul mənimsəyən iş adamının istəyi reallaşmadı - MƏHKƏMƏ
29 dekabr 2014 10:49 (UTC +04:00)

Bir milyon pul mənimsəyən iş adamının istəyi reallaşmadı - MƏHKƏMƏ

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan iş adamı İlqar Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Qədim Babayevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar qəbul edilib. Hakimlər kollegiyasının qərarı ilə apelyasiya şikayəti təmin olunmayıb.


Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində bizneslə məşğul olan İlqar Məmmədov iflas edəndən sonra Azərbaycana qayıdaraq bu dəfə Bakı şəhərində pul qazanmaq niyyətinə düşüb. Bu məqsədlə plan qurub və pullu tanışlara üz tutub.
2008-ci ilin yayında tanışı Səttar Hacıyevə Dubaydan Azərbaycana içki və neft quyularının qazılması üçün avadanlıqlar gətirəcəyini, Bakıda biznes quracağını vəd edib. Əvvəlcə Səttardan 210 min manat, sonra 111 min manat, daha sonra isə 750 min manat alıb.  Beləliklə, Səttar Hacıyevin ümumilikdə 1 milyon manatdan çox pulunu mənimsəyib. İlqar Hacıyev eyni üsulla Sədrəddin Məmmədovu da aldadaraq, onun 241 min manatını, Sədrəddin Məmmədovun qardaşı Kərim Məmmədovun isə 200 min manatını ələ keçirib.


Bu əməli ilə İlqar Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən İlqar Məmmədov apelyasiya şikayəti verib. O, şikayətində heç kimə qarşı dələduzluq etmədiyini, günahsız olduğunu qeyd edib, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 86
avatar

Səlcuq Elçin

Oxşar yazılar