Binəqədidə ikimərtəbəli evin hamamı yandı
28 fevral 2015 10:59 (UTC +04:00)

Binəqədidə ikimərtəbəli evin hamamı yandı

0

Bakıda iki mərtəbəli evdə yanğın baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Binəqədi rayonunda vətandaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli evin 1-ci mərtəbəsində yerləşən hamam otağında plastik vanna 1 kv.m sahədə yanıb. Yüksək temperaturdan 8 kv.m sahədə lambirdən ibarət tavan əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar