Dünən Bakının Bibiheybət qəsəbəsindəki gəmi təmiri zavodunda gəmidə vəfat etmiş kapitan Elşən Həsənovla bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az xəbər verir ki, 1960-cı il təvəllüdlü E.Həsənov 20 ilə yaxın imiş ki, “Caspian Marina Services” şirkətində müxtəlif işlərdə çalışıb və son olaraq gəmi kapitanı kimi gəmiçilik karyerasına davam edib.
Apasport.az isə yazır ki, E.Həsənov Azərbaycanın ilk milli çempionatlarında Yevlaxın “Avtomobilçi” klubunun baş məşqçisi olub. O, klub dağıldıqdan sonra futboldan uzaqlaşıb və gəmidə çalışmağa üstünlük verib. Ötən əsrin 80-ci illərində respublikanın bir sıra komandalarında futbolçu kimi də çıxış edən Həsənov “Neftçi”nin heyətində SSRİ çempionatının güclülər dəstəsində də oynayıb.
O, 1984-85-ci illərdə yüksək liqada 17 matç keçirib.
**
12:50
Azərbaycanda gəmi kapitanı dünyasını dəyişib.
Lent.az-ın məlumatına görə, “Kaspian Marin Servisez Limited” şirkətinin Azərbaycan filialının işçisi olan 1960-cı il təvəllüdlü Elşən Həsənov fevralın 5-də gəmidə vəfat edib.
E.Həsənovun kapitanı olduğu gəmi Cənub hövzəsində kanalın dibdərinləşdirmə işlərini həyata keçirir. Mərhum gecə saatlarında işarası istirahət vaxtı öz kayutunda yatan zaman dünyasınə dəyişib.

10:06