Adam bıçaqlayan şəxs məhkəmədən azadlığa çıxdı
24 may 2016 14:53 (UTC +04:00)

Adam bıçaqlayan şəxs məhkəmədən azadlığa çıxdı

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən Ruslan Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, keçirilənm prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə R. Abbasov 4 il şərti olaraq azadlıqdan məhrum edilib. R. Abbasov məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, fevral ayında Bakıda bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər sakini İlqar Manaflıya bıçaqla xəsarət yetirmiş paytaxt sakini Ruslan Abbasov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 323

Oxşar yazılar