

Həbsxanaya bibər turşusunda narkotik keçirmək istədi...
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, məhkum Baxşıyev Türbət Bəhruz oğluna tanışı Gəncə şəhər sakini Yusibov Firdovsi Abdulrəhman oğlunun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman bibər turşusunun içərisində xüsusi üsulla gizlədilən sellofan bükülülərdə ümumi çəkisi 0.2 qram olan narkotik dərman həbləri və kristal formalı maddə - metadon aşkar edilib.
Məhkumun Cinayət Məcəlləsinin 182.1 və 180.1-ci maddələrinə əsasən təqsirli bilindiyi qeyd olunur. Faktla bağlı araşdırma aparılır.

Oxşar yazılar

Bakıda iş və pensiya düzəldənlər saxlanıldı - 88 minlik DƏLƏDUZLUQ
19 aprel 2025 , 11:04
Sumqayıtda maşını TIR-a çırpan sürücü öldü
19 aprel 2025 , 10:38
Bir həftəyə bank kartlarından 174 min manatdan çox pul oğurlandı
19 aprel 2025 , 10:22
Bakıda şadlıq sarayında 32 nəfər zəhərləndi - YENİLƏNİB
19 aprel 2025 , 09:53Xaçmazda at belində bataqlıqda batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB
19 aprel 2025 , 09:37
Dəfələrlə itkin düşdü, çirkab suya düşüb öldü - YENİLƏNİB
19 aprel 2025 , 09:35
Ağdaşda FACİƏ: 2 yaşlı uşaq qızdırmadan öldü
19 aprel 2025 , 09:25