Məktəbli qızın intiharı ilə bağlı YENİ XƏBƏR
12 yanvar 2016 11:32 (UTC +04:00)

Məktəbli qızın intiharı ilə bağlı YENİ XƏBƏR

Dünən Bərdə rayonunda baş vermiş dəhşətli intiharla bağlı bəzi məqamlar aydınlaşıb. Bərdə rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, intihar edən Hacıalı kənd sakini, 17 yaşlı Surxaylı Aytac Zamin qızının psixi problemləri olub. Məlum olub ki, məktəbli qızın atası da ruhi-əsəb xəstəliyindən əziyyət çəkir və bu, onlarda genetikdir.

 

 

Hadisənin baş vermə şəraitinə gəlincə, dünən A.Surxaylı həyətə düşdükdən sonra valideynləri onun evə gec qayıtmasından narahat olublar. Həyətə baxarkən məktəbli qızın valideynləri onun özünü yarımtikilidə asdığını görüblər.

 

 

*****

 

 

10:46

 

 

Bərdədə intihar hadisəsi baş verib.

 

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Hacıalı kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü Aytac Zamin qızı Surxaylı yaşadığı ünvanda özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

 

Polisdən həmçinin bildirilib ki, A. Surxaylı orta məktəb şagirdi olub.

 

Faktla bağlı Bərdə Rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Nizam Rza

Oxşar yazılar