Baş Prokurorluq daha bir korrupsiya cinayəti barədə məlumat yayıb. Lent.az-ın prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “Falkon Grup” Məhdud Məsuliyyətli Cəmiyyətdə yol verilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
“Falkon Grup” MMC-də ticarət agenti vəzifəsində işləyən İlkin Əliyev, Ramin Xəlilov və Samir Dibirovun cəmiyyətin rəhbərliyi tərəfindən onlara etibar edilmiş ümumilkdə 26.800 manat məbləğində əmlakı talamalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.