Balığı tokla tutmaq istədi, özü öldü
01 sentyabr 2015 20:56 (UTC +04:00)

Balığı tokla tutmaq istədi, özü öldü

0

Tovuzda gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə bu gün saat 16 radələrində rayonun Vahidli kəndində qeydə alınıb. Tovuz şəhər sakini 22 yaşlı Əmrah Abdullayev balıq tutmaq üçün Vahidli kəndində gedib. O suya elektrik buraxmaqla balıq tutmaq istəsə də ehtiyatsızlıqdan özü elektrik naqilinə toxunub və hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar